Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Valeh - Vücudnamə

Aşıq Valeh - Vücudnamə
Sakura

Aşıq Valeh - Vücudnamə

Əsli binadan vəsfimi söyləyim: 
Ata bətnindən gəlmişəm anaya. 
Ananın bətnində qan oldum durdum, 
Sanasan ki, qəvvas düşdü dəryaya.

Qırxda iki mələk çəkdi cəfamı, 
Biri burc açdı, yazdı səfamı. 
Pərdiyə çəkdilər mənzil binamı, 
Sahib oldum o düşdüyüm binaya.

Əvvəl başlanğıcda bünyad oldu dil, 
İki gözlər oldu ona müqabil. 
İki damaq, cigər, bir ürək hasil, 
Doqquz gündə tamamlandım əzaya.

Yerim xilqət oldu, döndüm zindana, 
Əl-ayaq tərpətdim o yan-bu yana. 
Doqquz ay, doqquz gün oldum nişana, 
Allahınan gəldim bu gen dünyaya.

Yığılıb gəldilər neçə mamalar, 
Əynimə verdilər zəri-zibalar. 
Yedirtdilər tamı şirin mayalar, 
Basıb qucağa tutdular laylaya.

O zaman ki, ömür çatdı bir yaşa, 
Fərq olmadı tənə, ayağa, başa. 
Baxmadım ağaca, kəltənə, daşa — 
Səyridim odlara, axmağa çaya.

İki yaşda oldum yəni qızılgül, 
Vüsalım şirindi, güftarım bülbül. 
Hər gedib gələnlə oldum dilbədil, 
Onda xoş gəldim mən ata-anaya.

Üç yaşımda oldum vüsalı göyçək, 
Dedilər qoysa gər qızılca, çiçək, 
Nəzir, qurban oldu hasili gerçək — 
Ayaq tutdum çıxdım qapı-bacaya.

Altıda-yeddidə diş təzələdim, 
İdrakım var idi, hüşkar söylədim. 
Özümdən böyüyə salam eylədim, 
Götürüb qoydular məktəbxanaya.

Səkkizdə, doqquzda qaranı seçdim, 
On yaşımda yaxşı-yamanı seçdim. 
On birimdə quran, kitabı keçdim, 
On beşimdə sərim doldu sevdaya.

On altıda könül istər bir dilbənd, 
Cismi şəhdi ola, ləhcəsi bir qənd. 
Özü şux, sözü şux ola dərdi bənd, 
Bənzəyə Yusifə, ya Züleyxaya.

İyirmi yaşımda oldum bir oğlan, 
Oturub durmağım tamam oldu qan.
Gəzişim, savaşım misli-pəhləvan, 
Bac aldım, bac vermədim kimsaya.

Elə ki, yaşı iyirmi beşə yetirdim, 
Mətləb alıb, muradımı bitirdim. 
Cavanlıqdan bir nişanə itirdim, 
Axtardım, tapmadım çıxdım əsmaya .

Otuz yaşda başda sevda qarışdı, 
Biri küsdü, canda cigər alışdı. 
Ahıl şüuru cavanlıqla barışdı, 
Meyil təzələndi seyrü səfaya.

Otuz beşdə oğul-uşaq bitirdim, 
Qırx yaşımda bir mənzilə yetirdim. 
Qırx beşimdə cavanlığı itirdim, 
Gördüm ki, etibar yoxdur fənaya.

Əllidə eylədim ömrümü yarı, 
Ömür bağçasının saraldı barı. 
Səslədim möhnəti, oyatdım zarı, 
Şənliyi adladım, keçdim cəfaya.

Altmışımda Sanbur gədikdən aşdım, 
Yetmişimdə əhli-əyaldan qaçdım. 
Səksənimdə səbrü-taqətdən düşdüm, 
Qədd əyildi, pənah gətdim əsaya.

Doxsanımda oldum susuz asiya, 
Gözlərimin suyu döndü lasiya.
Yeməyim qoyuldu fincan, kasıya, 
Dedilər bax, o dəngəsar qocaya.

Yüz yaşımda oldum piri natəvan,
 Gələnlə, gedənlə, qonşuyla yaman. 
Könlümdə ahüzar, çeşmimdə duman, 
İstədim fənadan köçəm üqbaya.

Üç günə, beş günə ağrıdı başım, 
Toplandı yanıma qohum-qardaşım. 
Kəsildi taqətim, dağıldı huşum, 
Getdim yol ilə axirət dünyaya.

Soldan gəldi hazır oldu bir cəllad, 
Dedim sən allah əl saxla bir saat. 
Çaldı çəngəlini, oldum bitaqət, 
Çaxnaşdı bədənim, düşdü lərzaya.

Çaldı çəngəlini, saldı azaya, 
Aman vermədi vəsiyyətü tövbaya. 
Aldı ruhumi çəkdi səmaya, 
Cəfa çəkdim, ömür verdim fənaya.

El yığılıb, ağladılar bir zaman, 
Mürdəşirlər gəlib vermədi aman. 
Kəsildi köməyim, qalmadı güman, 
Götürdülər cəsədimi havaya.

Qüslümü verdilər, pak oldu bədən, 
Təni-üryanıma tutdular kəfən. 
Qaralar altında görünmədi tən,
Qədəm qoydular mənzili-məvaya 

Molla, üləmalar namaza durdu, 
Səflər cərgələnib nizami qurdu. 
Beş təkbir tam oldu, kütahı vurdu, 
Qoydular cismimi mənzili-üqbaya.

Məni qəbir içinə qoydular əffak, 
Qohumdan, evladdan qalmadı soraq. 
Qapandı gözlərim, tutuldu qulaq, 
Saldılar cismimi yeni cəzaya.

Hər kəs öz məqamını eylədi yad, 
Dünya cifəsindən yanımda bir dad. 

Əməlimdən qeyri qalmadı heç zad, 
Qaldı bir nicat əməli şəfaya.

İnkir-minkir gəldi əlində təbər, 
Rəbbini kist deyə aldılar xəbər. 
Nitqim batdı, dilim tutmadı əzbər, 
Şəfa üçün üz çevirdim mövlaya.

Çağırdım: ya həqq, hallali-müşkül, 
Ürək qüvvə tapdı, güşad oldu dil. 
Cavabım suala oldu müqabil, 
Səs gəldi: dəyməyin həqqi-bəndaya.

Neçə min il qəbirdə tutduq qərar, 
Qurtardı kanıda canlı hər nə var. 
Qiyamət olmağa çəkdik intizar, 
Uzaq, yaxın bəlli olmadı kimsəya.

Bir gün əmr oldu, İsrəfil çaldı sur! 
 Xəbərdar eylədi: ey əhlü qübur , 
Mətəm bəazi allah vərd əd mənsur — 
Titrədi əzalar, baxcaq bu haya.

Məqribdən məşriqə toplandı bamə 
Düzəldi cərgələr, yollandı şamə. 
Hər kəsin əməli əlində namə, 
Ta fərq olmadı soltanla gədaya.



Şuri -şuru ilə təbil vuruldu, 
Həqq buyurdu, axır mizan quruldu. 
Suallar verildi, cavab soruldu: 
Bəndəlik kim edib böyük xudaya.

Gün təpədən yağdı, yer döndü oda, 
Nə qohum, nə qonşu düşmədi yada. 
Oğul atadan, qız anadan düşdü cida. 
Şuri-şurur səsi çıxdı əsmaya.

Ülamələr oldu böyük günahkar, 
Mərhəmət söylədi Cəlili Cabbar, 
Rəhmini kəsmədi qadiri-Qəffar, 
Şəfa qaldı o vahidi-xudaya.

Haqdı əməlimiz, deyildi saleh, 
Düzlük mərağına işlədi taleh. 
Bir neçə həmdəmlə şikəstə Valeh, 
Məskən saldı o cənnəti-məvaya.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR