Dərc edildi: Baxış sayı: 527
Aşıq Valeh - Var olsun
Sənət meydanında ismi xar olan,
Bir əlif de, onda cahan var olsun,
Yeddi kəlmə düzəlt səkkiz içində,
Tufan olsun, bahar olsun, qar olsun.
Bir hesab tap, çahar şeşdə yazılsın,
Təzələnsin, köhnə tarix pozulsun,
Hər birindən yeddi mə`na yozulsun
Hökm olsun, divan olsun, dar olsun.
Aşıq Valeh bu hesabı cəm bilir,
Suda atəş, nar içində nəm bilir.
Anlamazdı hər kim desə, kəm bilir.
Matəm tutsun, günü ahü zar olsun.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət