Dərc edildi: Baxış sayı: 597
Aşıq Valeh - Hanı
Hanı Mоlla Pənah, bivəfa cahan,
Təxəllüsü Vaqif nəzmi dürəfşan.
İndi еyləmisən xak ilə yеksan,
Tapmaq оlmaz о kamalda can hanı?
Dünya! Səndə aşıq Səməd var idi,
Nəzmü-şeri ləli gövhadar idi.
Bir gözəl eşqinə girifdar idi,
Onun kimi bir bəhri-ümman hanı?
Bu dünyada heç də gəlməmişdi kəm,
Aşıq Əli oğlu Aşıq Məhərrəm.
Həsrətin çəkirdi Rum, həm də Əcəm,
Əlində tütəyi-balaban hanı?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət