Dərc edildi: Baxış sayı: 581
Aşıq Valeh - Görəsən
Sallanıb çıxanda gül xiyabandan,
Od tutub alışan narı görəsən.
Baxasan qamətə, hüsnü-camala,
Məni dərdə salan yarı görəsən.
Xudadan pər alıb oldum pərvanə,
Yanıb qəm oduna oldum divana,
Bir haqq aşiqi ki, dərdi pünhana,
Kim göstərər mənə barı görəsən.
Girəydim bağına, görəydim barın,
Uzadıb əlimi dərəydim narın,
Bu xəstə Valehin nazənin yarın,
Nə yaxşı yaradıb tarı görəsən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət