Dərc edildi: Baxış sayı: 510
Aşıq Valeh - Gəldim
Qarabağdan səfər etdim,
Mülkü Şirvana mən gəldim.
Məcnun tək düşdüm səhraya,
Dəli-divana mən gəldim.
Şamaxı şəhrinə yetdim,
Əcayib seyrilər etdim.
Daşkəsən gədiyin ötdüm,
Xaki rizvana mən gəldim.
Xoşdu Cəvanı yaylağı.
Soyuq sular, tər bulağı,
Bahar fəsli gəlin çağı,
Əcəb xəndana mən gəldim.
Mən Valehəm, Zərnigara,
Sığındım pərvərdigara,
Canımı saldı odlara,
Misli pərvanə mən gəldim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət