Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Valeh - Aşıq Valehlə Zərnigarın deyişməsi

Aşıq Valeh - Aşıq Valehlə Zərnigarın deyişməsi
Sakura

Aşıq Valeh - Aşıq Valehlə Zərnigarın deyişməsi

Birinci deyişmə
Aşıq Valeh

Gəl ey səadəti puç edən fərman, 
Sənin hüzurunda baş əyən mənəm. 
Təbibsiz xəstəyəm, düşmüşəm haldan, 
Yaralı qəlbinə ox dəyən mənəm.

Zərnigar

Öyrəndim tarixi, bildim keçmişi, 
Bəd gündə anadan doğulan mənəm. 
Gəmisiz, lödkəsiz, ümüd, pənahsız, 
Sahilsiz ümmanda boğulan mənəm.

Aşıq Valeh

Əvvəldən dünyanın yoxdur vəfası, 
Əcəl şərbətinin budur səfası. 
Ağlatdı qəlbimi matəm cəfası, 
Sevdalı sərinə daş döyən mənəm.

Zərnigar

Qəhri-qəza hünərini bildirib, 
Qəm yerinə şadlığımı sildirib. 
Umudumu, pənahımı öldürüb, 
Kökündən tufağı dağılan mənəm.

Aşıq Valeh

Valehəm, baharım çovğun, qar oldu, 
Belim sındı, qulaqlarım kar oldu. 
Dilim batdı, görən gözüm kor oldu, 
Axirət libasın tərs geyən mənəm.

Zərnigar

Zərnigaram, canım odda, zavalda, 
Düşman ağlar, məni görsə bu halda, 
Qürbət vilayətdə, qərib mahalda, 
Şənlik sırasından qovulan mənəm.

İkinci deyişmə 
Aşıq Valeh

Gəştə çıxan, ay vəfalı nazənin, 
Gəşt eləyib nə havalı gəzirsən? 
Bir neçə aşığı bəndə salıbsan, 
Götürübsən muzd-babalı gəzirsən.

Zərnigar

Bahar əyyamıdı, hicrət çağıdı, 
Gəşt eləyib mən havalı gəzirəm.
Otuz doqquz aşıq bəndə salmışam,
Götürmüşəm muzd babalı gəzirəm.

Aşıq Valeh

Bu dünya dediyin bir bivəfadı, 
Ona əlac yenə zövqü-səfadı. 
Yarsız gəzmək sənə xeyli cəfadı, 
Eyləyibsən nə xəyalı, gəzirsən?

Zərnigar

Xaliqi-ləmyəzəl, vahidi-yek tay, 
Veribdi qüdrətdən mənə camal pay. 
Gəlməz bu əsrdə mənə aşıq tay, 
Tamam ol İran, Turanı gəzirəm.

Aşıq Valeh

Valeh kimi gəzmə ahüzarınan, 
Gövhəri sərf eylə xiridarınan. 
Sən də qovuş bir münasib yarınan, 
Bülbül kimi növbaharı gəzirsən?

Zərnigar

Saldırram boynuna zincirdən kəmənd, 
Tikdirrəm başından minarə bülənd. 
Adım Zərnigardır, məkanım Dərbənd, 
Valeh kimi novcavanı gəzirəm!

Üçüncü deyişmə
Zərnigar

Qarabağdan do eləyib gəlmisən, 
Yer üzündə mən İsayam, sən nəsən?
Öz əlinlə yaxşı yıxdın evini, 
Həqdən gələn bir bəlayam, sən nəsən?

Aşıq Valeh

Ay nazənin, şagirdlərin ustadı, 
Hamı bilir mər yektayam, sən nəsən? 
Dərsimi almışam kamil ustaddan, 
Eşq içində dolu payam, sən nəsən?

Zərnigar

Çoxların salmışam xaki-turaba, 
Sualımdan aciz qalıb cavabı. 
Səni də pay göndərəcəm torpağa, 
Bu əyyamda mən dəryayam, sən nəsən?

Aşıq Valeh

Çox sən tək gözələ əl eylərəm mən, 
Aparıb özümə mal eylərəm mən. 
Dəryanın üzündən yol eylərəm mən, 
Mərifətdə mən Musayam, sən nəsən?

Zərnigar

Zərnigaram, səni çəkərəm dara, 
Başından tikdirrəm qala, minara. 
Bir kəs varmı edə dərdinə çara, 
Həqdən gələn bir sevdayam, sən nəsən?

Aşıq Valeh

Ustadım Səməddi, sakini-Abdal, 
Əgər üzün görsən olar dilin lal. 
Valehəm, Hafizə vermərəm camal, 
Mən ona kərraham, söylə sən nəsən?

Dördüncü deyişmə
Zərnigar

Bizdən salam olsun aşıq Valehə, 
Əgər aşıq isən, gəl, eyləyək cəng. 
Görək ki, kim-kimi verir zavala, 
Kim-kimin əlində mat oldu diltəng.

Aşıq Valeh

Al cavabın, deyim Zərnigar xanım, 
Mənəm aşıqlarda bir ağırça səng. 
Zərrəcə yerimdən tərpədə bilməz, 
Yığılsa Rum, Qeysər, ta Hindü-Firəng.

Zərnigar

Əcəl səni salıb əcəb bu girə, 
Sənin də gərdənin keçər zəncirə. 
Üç gündən bir çörək verərəm cirə, 
Yanar əhvalına dəryada nəhəng.

Aşıq Valeh

Aşıq olan özün sənə bab etməz, 
Sədamı eşidən gecə xab etməz. 
Dəmir zəncir eşq oduna tab etməz, 
Gəl mənə bağlama sən topu-tüfəng.

Zərnigar

Qoymaram yetəsən səni yarına, 
Bir təpiyim dəyər burcu-barın, 
Çökər bir qaranlıq ruzigarına, 
Aşıqlar başıyam mənəndi-pişəng .

Aşıq Valeh

Qurban olum sənin kimi məstana, 
Zərb ilə söyləmə, danış miyana. 
Kəllə gərək bu meydanda dayana, 
Aslan davasına tab etməz pələng.

Zərnigar

Meydana gətirib səni də əcəl, 
Çəkərsən əlimdən yüz cəngi-cədəl. 
Zərnigaram, sabah meydanıma gəl, 
Bu bir sözdü, sənə mən elədim rəng.

Aşıq Valeh

Mərd gözəlsən, doğub səni mərd ana, 
Sən Zənansan, mənəm iyid mərdana. 
Valehəm, sinəmi qoydum nişana, 
Atsın yüz kamandar min tiri-xədəng. 

Beşinci deyişnıə
Zərnigar

Bizdən salam olsun Aşıq Valehə, 
Əzəl nə şey xəlq eylədi sübhanı? 
Neçə şeylər ondan oldu aşikar, 
Yaratdı sifəti, namı, nişanı.

Aşıq Valeh

A1 cavabın deyim, Zərnigar xanım, 
Əzəl bir dürr xəlq eylədi sübhanı. 
Cəmi aləm ondan oldu aşikar, 
Yaratdı sifəti, namı, nişanı?

Zərnigar

Söylə görüm, nədir yerin əsası, 
Nə üstündə qərar tapıb durası, 
Neçə ildi yerlə göyün arası, 
Nədən xəlq etdilər, həft asimanı?

Aşıq Valeh

Eşit, bir balıqdı yerin əsası, 
Kav üstündə qərar tapıb durası. 
Səksən min il yerlə göyün arası, 
Nurdan xəlq etdilər həft asimanı.

Zərnigar

O kim idi, kimdən qorxuban qaçdı, 
Neçə il orada xaba uğraşdı. 
O kim idi onlar ilə qarışdı, 
Adları nə idi, ismi-bayanı?

Aşıq Valeh

Dəgyanus tanrıdan qorxuban qaçdı, 
Yüz səksən il orda xaba uğraşdı. 
Qəmər idi, onlar ilə qarışdı, 
Əsabi Kəhf etdi, ismi-bəyanı.

Zərnigar

Zərnigaram, bilmək olmaz sanını, 
O kim idi yumadılar qanını, 
O kimdi alar özü-öz canını, 
O kim idi öldü, dirildi canı?

Aşıq Valeh

Valehəm, ulduzun bilməzlər sanın, 
Ərənlərin heç vaxt yumazlar qanın. 
Əzrail alacaq özü öz canın,
O Cərcisdi , öldü dirildi canı.

Altıncı deyişmə
Zərnigar

Qarabağdan do eyləyib gəlmisən, 
Azad elə sözlərinlə günahı, 
Arif olub, hikmətləri bilmisən, 
Sənə gəlir aşıqların pənahı.

Aşıq Valeh 

Qarabağdan do eyləyib gələndə 
Heç çəkmədim mən könüldən bu ahı, 
Aşıqların deyil xilası məndən, 
Azad eylər bəndəsini ilahi.

Zərnigar

O nə şeydir on iki qılçası var, 
Hansı bir bazarın üç küçəsi var, 
Altı min altı yüz nə xocası var, 
Kimin sözlərinin de binası var.

Aşıq Valeh 

İlin aydan on iki küçəsi var, 
Bir ilimiz üç bayrama ayrılar. 
Üç yüz altımış gün deyir hesabdar, 
Altı min altı yüz vaxt namazı var.

Zərnigar

O kim idi yeddi göy qədər gücü var, 
On iki kor oğlu, on iki hacı, 
Əlli min əlli yüz qırx dörd kərpici 
Onu dastan tutanın ustası var.

Aşıq Valeh 

On iki imam var, on iki hacı, 
O həzrət Əlidir, yeddi göy gücü, 
Kəbənin əlli min qırx dörd kərpici, 
İbrahim tək onun bir ustası var.

Zərnigar

O kim idi dilsizləri dindirir, 
Tarı günü az bir zaman güldürdü, 
Ölümün binasın neydi bildirdi. 
Əldə gəzən kimin qızıl tası var.

Aşıq Valeh 

O həzrətdi dilsizləri dindirir, 
Tanrı Aşıq Qələmi az güldürdü, 
Habilin dəfnini qarğa bildirdi, 
Qəribin əllərdə gəzən tacı var.

Yeddinci deyişmə
Aşıq Valeh

Səndən xəbər alım, Zərnigar xanım, 
Əvvəlki mətləbin, kamın neçədi? 
Nə ilə kamilsən, nə ilə naqis, 
Mürdə-zində sərəncamın neçədi?

Zərnigar

A1 cavabın, deyim, ay aşıq Valeh, 
Əvvəlki mətləbim, kamım ikidi.
Ədəbli kamildi, ədəbsiz naqis, 
Mürdə-zində sərəncamım ikidi.

Aşıq Valeh

O nədi ki, batinində nazirdi, 
O nədir ki, vücudunda hazırdı. 
O nədi ki, şəbi-zildə2 zahirdi, 
Bundan artıq dolu camın neçədi?

Zərnigar

O tanrıdı, batinində nazirdi, 
O uşaqdı, vücudunda hazırdı. 
Dörd kitabı şəbi-zildə zahirdi, 
Bundan artıq dolu camım ikidi.

Aşıq Valeh

Mən Valehəm, neyləmişəm neyləyim, 
Bir əliflə bir qaf neylər, söyləyin. 
Tökün kitabları, hesab eyləyin, 
O nədi ki, demək olmaz ikidi?

Aşıq Valeh

Aşıq olan sözün açıq söyləyər, 
Yüz min naşı bir kamilə neyləyər? 
Bir əlifdə bir qaf min bir eyləyər, 
Ad yiyəsi demək olmaz ikidi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR