Dərc edildi: Baxış sayı: 497
Aşıq Şenlik - Olur
Gözəl olan beş yaşından öyülür,
Yeddisində qönçə güldən sayılır,
Səkkizində hilal qaşlar əyilir,
Sifət bədirlənir, xumar göz olur.
On ikidə qumaş geyər sallanar,
On üçündə günəş üzü allanar,
On dördündə cığaları tellənər,
Hər bir əzasında yüz min naz olur.
Qırx üçündə gizli söylər sirrini,
Qırx beşində gözdən salar ərini,
Əllisində “nəvə” deyər torunu,
Toylar mətbəxində həm aşbaz olur.
Doxsan beşdə Şenlik söylər sözləri,
Yüz yaşında çıxar quzu dişləri,
Baş yasdığı olar ocaq daşları,
Tüstü döyər, var əndamı his olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət