Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Şenlik - Məhəmməd və Güldənə

Aşıq Şenlik - Məhəmməd və Güldənə
Sakura

Aşıq Şenlik - Məhəmməd və Güldənə

Ərbahan çayının yanında Reyhan bağının ətəyində Camqara kəndi var idi. Həmin kənddə 
Xəlil ağa adlı bir nəfər yaşayırdı. Onun uşağı olmurdu. Bir kişi də uzaq yerdən gəlib həmin Xəlil ağaya nökər olmuşdu. Gün keçdi, ay keçdi həmin kişinin bir oğlu oldu, adını da Məhəm
məd qoydular. Aradan iki il keçdi, Xəlil ağanın bir qızı oldu. Ailədə şadlıq elədilər. Aradan az keçməmiş Məhəmmədin atası öldü. Anası on yaşına kimi onu saxladı. Sonra o da vəfat etdi. 
Qürbət eldə qohum yox, qardaş yox, Məhəmməd sahibsiz qaldı. Nəhayət, 20 yaşı tamam oldu.
Xəlil ağanın qızının adı Güldənə idi. Məhəmmədlə Güldənə bir-birini pünhan olaraq canı-dildən sevmişdilər. Məhəmməd elin dana-quzusunu otardığı dərədə həmişə Güldənə ilə görüşüb 
danışardı. Bunu Xəlil ağaya xəbər verdilər. Xəlil ağa xəncər qurşanıb atı minərək Məhəmmədin yanına gəldi. Uzaqdan Məhəmmədi söyüb üstünə gələndə Məhəmməd bir yekə qayanın üstünə 
çıxıb qışqırdı. Bunu üç nəfər atlı görüb Xəlil ağaya dedilər ki, Xəlil ağa, onun günahı nədir 
öldürürsən. Xəlil ağa hirsli-hirsli dedi: 
-Hələ baxın , özünə çörək tapmır mənim qızımı istəyir.
Kişilər Xəlil ağanın danladılar. Məhəmmədə də tapşırdılar ki, bir də elə iş tutmasın.
Aradan çox keçmədi ki, Güldənəyə Rəsul ağa elçi göndərdi. Xəlil ağa qızı verdi. Toy 
tədarükünə on gün vaxt qoyuldu. Məclisi aparmağa Aşıq Şenlik dəvət olundu. Toya üç gün 
qalanda Güldənə beş nəfər öz rəfiqəsini yığıb Ərbahan çayının ətrafında gəzməyə çıxdı. Bulağın 
başında canbir qəlb rəfiqəsini bir sakit guşəyə çağırıb dedi:
-Bir neçə söz deyəcəm, onu Məhəmmədə çatdır.
Aldı görək nə dedi: 

Qan-yaş töküb bu dünyada,
Salırsanmı yada məni.
Olmayaydı belə ata,
Çuladılar yada məni.

Əsən yellər qara əsdi,
Çəkəmmərəm, bu dərd bəsdi,
Molla gəldi, nikah kəsdi,
Qaladılar oda məni.

Güldənə bu dərdə dözməz,
Fələk belə yazı yazmaz,
Sənsiz bu dünyada gəzməz,
Qoy axtarsın ata məni.

Kağızı yazıb öz sirdaşı Səlbiyə verdi. Səlbi kağızı alıb cibinə qoydu. Qızlar yeyib
-içib evlərinə dağılışdılar. Səhəri Səlbi dana-quzunu örüşə bir az gec apardı. Məqsədi xəlvətcə kağızı Məhəmmədə vermək idi. Səlbi Məhəmmədin kimi olduğunu soruşdu. Məhəmməd “ata yox, ana yox, qohum-əqrəba yox, bir tək mən o da belə, neyləyim”-dedi. Səlbi Güldənənin məktubunu Məhəmmədə verib onu sevindirdi. Məhəmməd namədən agah olub Səlbiyə dedi:
-Səlbi, qadan alım, bu sirri bir kimsə bilməsin. Amma bir kağız götür, nə desəm o
nu yazıb Güldənəyə çatdır. Aldı Məhəmməd:

Ala gözlü mənim yarım,
Atmaq olmaz yada səni.
Sənsən mənim intizarım,
Necə verim yada səni.

Atam yoxdu elçi gedə,
Anam yoxdu sinə didə,
Hər yaramaz gədə-güdə,
Əl atıban tuta səni.

Məhəmmədəm qan ağlaram,
Bağrımın başın dağlaram,
Mən Allahı çağıraram,
Yetirsin murada məni.

Həmin gün yenə qızlar seyrəngaha çıxdılar. Səlbi kağızı gizlindən Güldənəyə verdi. 
Güldənə namənin məzmununu başa düşüb daha yaşamaq istəmədi. Ərdahan çayının daşan vaxtı 
idi. Güldənə çay uzun
u gəzib qızlara dedi ki, qulaq asın, qızlar, ürəyim elə doludur. Yanıqlı
-
yanıqlı dedi:
Eləmi bir çəməni,
Gəzərəm bir çəməni,
Gəlin halalın verin,
Görməzsiz bir də məni.
Qızlar dedi:
-
Ay q
ız, nə deyirsən o qədər uzağa gedən olur ki, nişanlın da varlı adamdır. 
Güldənə dedi:
Eləmi solar keçər,
Gül açar solar keçər,
Sevgisinə çatmayan,
Yaşamaz, ölər keçər.
Qızlar yenə dil
-
ağız elədilər. Güldənə bir də dedi:
Eləmi Ərdahandan,
Çay gəlir Ərda
handan,
Yaşama, ay Güldənə,
Alırlar canı candan.
Qızlar ona, “ağlına gələni danışma”
-
dedilər. Güldənə: “Vətən şirindir”
-
deyib asta
-
asta 
körpüyə çıxdı. Oradan da bir daşın üstünə atılıb “eşidin qızlar”
-
dedi: 
Başına döndüyüm Ərdahan çayı,
Apar
ırısan hansı diyara məni.
Cəsədmi dolandır sellər içində,
Ölmüyncə atma kənara məni.
Özümü qayadan atanda qərq et,
Əlimlə daşlardan tutanda qərq et,
Cəsədmi cəsədlə çatanda qərq et,
Qoyma döşəyimdə fuqara məni.
Güldənə xanımı eyləmə ibrət,
Atamla anam
ı bulmasın cənnət
Çəksin həsrətimi oğlan Məhəmməd,
Salsın dildən,
-
dilə sorağa məni
Güldənə özünü çaya atdı. Qızlar ağlaşıb o yan
-
bu yana qaçdılar. Bu səsi eşidib yaxınlıqdan 
keçənlər qaçıb gəldilər. Özlərini suya vurub Güldənənin çıxartdılar. Onu başı üst
ə ağacdan 
asdılar. Güldənə xeyli vaxtdan sonra özünə gəldi. Kəndə xəbər çatdı, el töküldü. Həmin xəbər 
gələn vaxt Şenlik də məclisin içində idi. Hamı Güldənənin boğulduğu yerə gəldi. Hamıdan qabaq 
anası Kübra qızına sarılıb belə dedi: 
Başına mən dönüm Ə
rdahan çayı,
Niyə saldın bu balamı, bu hala,
Bu mənim dünyada bircə balamdı,
Niyə saldın bu balamı bu hala.
Saçlarım ağzımda qarğış eylərəm,
Balasız dünyada malı neylərəm?
Məhşər günü haq
-
divanda söylərəm,
Necə kəsdi nəsimimi bu bala.
Mən Kübrayam, halım
oldu çox yaman,
Yaradanın özü qoy versin iman,
Xəlil ağa bir gün vermədi aman,
Niyə saldın bu balamı, bu hala
Məhəmməd çöldə gördü ki, el Ərdahan çayına doğru tökülür. Xəbər aldı, dedilər:
-
Xəlil ağanın qızı Güldənə özünü suya atıb. 
Bunu e
şidəndə Məhəmməd ağlayıb dedi:
Yar yanına gedən əziz qardaşlar,
Verin yar yolunda sadağa məni.
İstəməm yaşamaq yardan ziyadə,
Verin yar y
olunda sadağa məni
Tutunum tutmamış ağrıdı başım,
Hələ iyirmiyə çatmadı yaşım
Qaralar bağlasın yarım, yoldaşım,
Verin
yar yolunda sadağa məni.
Siz agah sözümə eyləyin səbir,
Bizim ikimizə bir qazın qəbir,
Məhəmmədəm, mənim məqsədim budur,
Verin yar yolunda sadağa məni.
Məhəmməd belə deyəndə Xəlil ağanın və Rəsul ağanın adamları istədilər ki, Məhəmmədi 
öldürsünlər. Kərə
m adlı bir oğlan sinəsini qabağa verib dedi:
-
Bu yazığın heç kimi yoxdur və heç bir günahı olmayıb. Qızın da ona görə özünü suya atıb. 
Sizin bunu öldürməyə heç haqqınız yoxdur. 
O, Məhəmmədin əlindən tutub Güldənənin olduğu yerə gətirdi. Məhəmməd Güldənən
in bu 
vəziyyətdə görüb yanıqlı
-
yanıqlı dedi: 
Yığılan qonşular, gələn qardaşlar,
Həbib kimsə dərdə dərman eyləsin.
Bu dünya fanidir kimə qalacaq,
Bu cavandır, el
-
obamız ağlasın.
Könül dərgahında, əlim duvada,
Səbəb olan heç gülməsin yuvada, 
Mənim ah
ım heç qalarmı dünyada,
Həbib olan yaralarım bağlasın.
Güldənə dərdindən düşdü çaylara,
Qalmaz ahu
-
zarı həftə aylara,
Dumanım başımdan çıxdı göylərə,
Yazıq canım bu sitəmə neyləsin
Fələk bu Xəlilin başından vursun,
Kor olsun gözləri, ürəyi dursun,
Xar ol
sun dünyada, el
-
oba gülsün,
Hər kim görsə divanlarda söyləsin.
Yazığam sözümə bir qulaq asın,
Güldənə, Məhəmməd buna neyləsin,
Yar dizinin üstündə başımı kəsin,
Aşıqlar dastanda məni söyləsin
Kərəm irəli durub “Güldənə Məhəmmədindir”
-
dedi. Hamı razı oldu
. Güldənənin bədənini 
bir qədər sıxdılar, ağzından xeyli su getdi. Güldənənin ağlı başına gəldi. Kərəm irəli yeriyib qızın 
əlini Məhəmmədin əlinə verdi. Bu, məclis əhlinin ürəyindən oldu. Aşıq Şenlik sədəfli sazını dilə 
gətirdi.
Xəlil ağa, sənin boynun q
ırılsın,
İnsan balasına düşmən olarmı?
Ürəyin dayansın, qanın qurusun,
İnsan balasına düşmən olarmı?
Bunları yazıbdır yaradan kişi,
Verməsən olarsan naşıdan naşı,
Allah salsın sənin başına daşı,
İnsan balasına düşmən olarmı?
Şenlik bu dastanı görəndə yazdı,
Gözəlin irəngi solanda yazdı,
Məhəmməd üstünə gələndə yazdı,
İnsan balasına düşmən olarmı?
Kərəm Məhəmmədi qardaş əvəzi evinə gətirdi. Üç
-
dörd gün Məhəmmədə toy çaldırdı. 
Aşıq Şenlik məclisi apardı. Cavanlara xeyir
-
duva verdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR