Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Şenlik - Aşıq Şenliyin Mumuxan səfəri

Aşıq Şenlik - Aşıq Şenliyin Mumuxan səfəri
Sakura

Aşıq Şenlik - Aşıq Şenliyin Mumuxan səfəri

Mumuxanda Gülnaz adlı bir dul arvad yaşayırdı.Gözünün ağı qarası Nəcəf adlı bir oğlu var idi.Nəcəf böyüyüb həddi-buluğa çatmışdı. Nəcəf bu kəndin ağası Tağının qızına aşıq olmuşdu. Di gəl ki, Tağı varlı olmasına baxmayaraq həm tamahkar həm dəki, insafsız bir kişi idi.
Tağı eşidəndə ki, qızı Eminə Nəcəfə söz verib könül bağlayıb daş atdı başını tutdu.Tağının qapısına elçi məqsədilə kəndin ağsaqqalları çox gəldi-getdi, amma bu işdən bir şey çıxmadı. Gülnaz arvad baxdı ki, oğlu günbəgün geriliyir. Naləc qalan Gülnaz axırda Aşıq Şenliyə bir məktub yazdı və kağızı oğluna verib dedi: -
- Oğul qış vaxtıdı.Amma bu kağızı gərək Aşıq Şenliyə əlbəl verəsən.
Nəcəf çox qoçaq oğlan idi. O kəhər atına minib üz tutdu Çıldıra tədəf.
Aşıq Şenliyin oğlu Namaz qapının qarını təmizləyirdi.Bir də gördü ki, bir atlı qan tər içində çaparaq bunlar tərəfə gəlir.
- Ay qardaş bu ev Aşıq Şenliyin evidirmi.
- Elə düz gəlmisən.Buyur atdan düş qonağımız ol.
- Yox sağ ol. Aşıq Şenliyinə bir məktub gətirmişəm.Sən onun nəyisən
- Oğlu.
- Bu məktubu ona ver
- Namaz məktubu aldı. O saat atlı atının başını Ağbaba istiqamətinə çevirdi.At ildırım
kimi qış dumanının içində yoxa çıxdı.Namaz bir atın dalınca birdə ki, əlindəki məktuba baxıb içəri keçdı.
Gördü babası yəni Aşıq Şenliyik sazını kökləyir.Qasımda xeylax aralıda oturub. Dedi
- Ay baba sənə bir kişi bu məktubu verdi
- Məktuf? Kimnəndi?
- Bilmirəm.
- Aç oxu görüm nə yazılıf
- -Baba məkufu Mumuxanlı Gülnaz şerlə yazıb, deyən səni deyişməyə çağırır.
- Aşıq Şenlik. O kağızı ver Qasım oxusun.
Görək Gülnaz Aşıq Şenliyə nə yazıb.Biz deyək Allah Sizləri xoşbəxt eləsin

Birim gedif, birim qalıf yerində,
İkiliyim, madarımı deyirəm.
Bir danadı, bir inəkdi, üç keçi,
Olan-qalan öz varımı deyirəm.
 
Biri alıf məni ağzı yoxuşa,
İnanmıram, məcrasına sığışa,
Alıf məni boran-qara, yağışa,
Yox eyləyir ilk barımı deyirəm.
 
Mən Gülnazam kimsənəm yox, kimim yox,
Boğuluram qəm gölündə, gəmim yox.
Aşıq Şenlik güman səndə yaxşı bax,
Tez gələrsən qərarımı deyərəm.
 
Bəli söz tamama yetdi . Aşıq Şenliyk Namaza baxıb güldü,döndü Qasım tərəfə.
- Qasım Alaşıyı yəhərlə.
- Mumuxana gedirəm. Gülnaz arvadın ümid yeri mənəm.
- Namaz baba bəlkə səhər gedəsən
- Aşıq Şenliyik elə bu dəqiqə yola düşürəm.

Aşıq Şenlik Mumuxanda Gülnazın evini xəbər aldı və atını düz ora sürdü.
Gülnaz o saat Aşıq Şenliyi tanıdı və onu içəri dəvət etdi.

Bir xeylax söhbətdən sonra Aşıq Şenlik Tağının qapısına elçi gedəcəyini bildirdi.
İki-üç nəfər ilə Aşıq Şenlik Tağı kişinin qonağı oldu.

- Aşıq Şenlik: - Kişi gəl daşı ətəyindən tök qızı Nəcəfə ver.Onlar bir-birinə könül verib.
- Aşıq Şenliy sənə mənim canım qurban mənim varlı-hallı dostlarım var axı. Kişi
belə deyəndə Aşıq Şenliy hirsləndi sazını köynəkdən çıxarıb, zili-zil, bəmi- bəm yerində aldı görəl nə dedi:

Xeyir işdi, xeyirli iş gəl danış,
Dövlət-vardan, pul-paradan danışma.
Sevən sevib, seçən seçib bilirsən,
Xəbərin yox, ağ-qaradan danışma.
 
İşin pisdi salsan yerə sözümü,
Qız atası gülüş etmə özünü.
Axır kişi pul tökəcək gözünü,
Seldən sudan, qarqaradan danışma.
 
Qul Şünliyəm el içində adım var,
Həmdəmim var, qohumum var, yadım var.
Yandıraram, alovum var, odum var,
Divan qurar ol Yaradan danışma.
 
Söz tamam yetdi, görək bu yerdə Tağı nə dedi

Aşıq Şenliyik indi qışdi. Qoy yaz gəlsin baxarıq.
- Aşıq Şenliyik:- Tağı gəl qabağıma kötük dığırratma.
Tağı baxdı ki, pis yerdə ilişib.Ürəyində Gülnazın dədəsinə söydü.Tağı artıq başa düşdü ki, onun qapısına Aşıq Şenliyik gəlib, qızı verməsə Ağbabada biabır olacaq. Odur ki, görək aldı Aşıq Şenliyə nə dedi:

Ətdik üçün yeddi cöngə, yeddi qoç,
Gətirərsən, gətirməzsən, toydan keç.
Ucuz şeydən, kasıflıxdan uzaq qaç,
Boyunbağı, kəmər, qolbağı istərəm.
 
Bəzək-düzək, qızıl-gümüş olmalı,
Qohumlara yaxşı xələt almalı,
Şirin olar, həm iştaha, bəy malı,
Doqquz batman inək yağı istərəm.
 
Altun olsun dingəsində pərəhlər,
Pirçəklikdən keçirilsin hörühlər.
Demirəm ki, qızıl olsun dirəhlər,
Dediklərim olsun nağdı, istərəm. 

Aşıq Şenliy bir sazına baxdı, bir Tağıya qaldı məttəl.
Yaxşı Tağı mən razı. Amma sənin bir belə var-dövlət nəyinə lazımdı. Mən səhər İbişlı Hamza ağaya, Qranamazdan Cabbar ağaya, Oxçoğlundan Məmməd ağaya, Samağoydan Dursun bəyə deyəcəm sənin bu dediklərini gətirsinlər.Bəlkə gözünün qurdu ölə.
Tağı bu sözləri eşidəndə səhvliyini başa düşdü, amma özünü o yerə qoymadı, başını aşağı salıb qımışdı.

Çıldır-Ağbaba Ozan-Aşıq məktəbinin banisi Aşıq Şenliyik aldı görək bu yerdə Tağıya nə dedi. Allah sizləri xoşbaxt eyləsin.

Tağı kişi cöngə-qoçu neynirsən,
Öz sürünə, naxırına, nə gəlif.!
İnsaf eylə qan qaraltma arada,
Axarına, baxarına nə gəlif.!

Qızıl-gümüş, malı-dövlət pul səndə,
Tamah səndə, iştah səndə, hal səndə,
Buğa səndə, cöngə səndə, kal səndə,
Gəlirinə, çıxarına nə gəlif.!
 
Şennih deyər, salma özün nəzərdən,
Bala tutar qurtarmazsan azardan,
Xeyir işdi, mal alırsan bazardan ?
İsbahana, ağırına nə gəlf.!

Söz tamam yetdi. Tağı kişi ölmədi ki, ölə, amma Aşıq Şenliyik hirslənmişdi, dübarə sazı bağrına basdı görək bu yerdə aldı görək nə dedi:

Mənəm demə, bu dünyada evinə talan gələr,
Şöhrət tutuf gözlərini, dilinə yalan gələr,
Nə var-dövlət, qızıl-gümüş, mal verəsən xeyri yox,
Diz çökdürər, bağrın yarar, canını alan gələr.
 
Can quşunu alan olmaz qara atın əlinnən,
Yanar cismin külə dönər aloy odun əlinnən.
Qəm yesə də əslizatlar, əsli qıtın əlinnən,
Boz atın da, boz donunda hər qeydə qalan gələr.
 
Qul Şenniyəm-haqqın qulu, eşitməsən sözümü,
Soxarsan yerə başını, heç eylərsən özünü.
Nikqızlıxla tamahkarrıx kor eyləyif gözünü,
Dediyimi annamazsan, belinə palan gələr.

Söz tamama yetən kim Tağı kişi durub Aşıq Şenniyin əlindən öpdü.Mən qızımı Nəcəfə verməyə hazıram. Amma sən Allah bu sözləri başqa yerdə oxuma.Heç nə lazım deyil.Toyun xərci məndən toyu aparmaq isə səndən olsun. Aşıq Şenniy idi buna sözün nədi.
Bəli beləcə razılığa gəldilər.
Payız oldu Aşıq Şenniy Nəcəf ilə Eminənin toy məclisini özü apardı.Nəcəf və Eminə xanım şad fürəvan Ağbabanın Mumuxan kəndində yaşamağa başladılar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR