Dərc edildi: Baxış sayı: 614
Aşıq Rəcəb - Olsun
Mənim könlüm pərişandır,
Ədalət xana ərz olsun.
Gəlmiyəndən yaralıyam,
Dərdə, dərmana ərz olsun.
Doldur piyaləni, doldur,
Doldur piyaləni, doldur,
Yanaqları qızıl güldür,
Çeşmi məstanə ərz olsun.
Dərdin saxlaram ölüncə,
Saralıb bənzim solunca.
Əcəl piyalə dolunca
Cümlə insana ərz olsun.
Sidqinən sevmişəm mərdi,
Neylərəm yatan namərdi?
Qayğulu Rəcəbin dərdi
Ali sultana ərz olsun.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət