Dərc edildi: Baxış sayı: 596
Aşıq Rəcəb - Ölsəm
Mənim yarım genə məndən yad olur,
Yad oluban özgələrə ad olur.
Dostlar ağlaşıban, düşmən şad olur,
Meydan olur o düşmana, mən ölsəm.
Sona, səni sevdim, əzəl zonası,
Geyinmisən başdan-başa libası.
Anam, bacım, qohum-qardaş, babası
Yığılsınlar vay-şüvana, mən ölsəm.
Əcəlim yetişib, vədəm dolubdur,
Günlərdə bir gün rəngim solubdur.
Deyəsən ki, Miskin Rəcəb ölübdür,
Xəbər çatsın Dağıstana, mən ölsəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət