Dərc edildi: Baxış sayı: 427
Aşıq Qurbani - Yaratdı
Haq-taala könlündә fikir eylәdi,
Әzәl başdan bu dünyanı yaratdı.
Öz adı bir ikәn hәzar eylәdi,
Çәkdi sudan öz eyvanın yaratdı.
Haq-taala qoyub әdalәt divan,
Yoluyla getmәyәn olar bәdgüman,
Alәmә çırovqan,1 ulduza düşman
Ayı, günü, şiraslanı yaratdı.
Qurbani qurbandı haqqın özünә,
Gecә-gündüz yuxu getmәz gözünә.
Pәrdәsi çәkilib әrşin üzünә,
Göylәr bulud, ol dumanı yaratdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət