Dərc edildi: Baxış sayı: 441
Aşıq Qurbani - Yara üz
Gözəl adam, gəl Allahı sevərsən,
Daldalanma, bir də görgəz yara üz!
Astana gör yarın astanasında,
Qulluq eylə, xidmət eylə, yara üz!
Sağdan vurdu, soldan çıxdı sağa lam,
Sağ qoşundu, sol ləşkərdi, sağ ələm,
Nagümanam mən bu dərddən sağalam,
Təbib birdi, dərd minbirdi, yara yüz!
Qurbani der: bura gəldim yar üçün,
Kəs ciyərim, doğra bağrım yar üçün,
Yar odu ki, yardan sonra yar üçün,
Zülf dağıda, yaxa yırta, yara üz!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət