Dərc edildi: Baxış sayı: 480
Aşıq Qurbani - Yar
Bayram olur, xına yaxır dәstinә,
Gül göndәrir hәmdәminә, dostuna...
Naşı tәbib, gәlmә yaram üstünә,
Özü gәlsin – mәni dәrdә salan yar.
Yüz il keçsә, öz yarımdan dönmәrәm,
İlqar verdim, ilqarımı danmaram.
Lәblәrindәn әmmәyincә qanmaram,
Eşq әlindәn saralıban solan yar!
Gәl sana söylәyim pünhan dәrdimi...
Bağında güllәri saran xardımı?
Biz deyәn yox, әğyar deyәn oldumu,
Nurdan badә içib eşqә dalan yar!..
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət