Dərc edildi: Baxış sayı: 509
Aşıq Qurbani - Ya Murtuza Əli
Bu gün bir nurani kimsәnә gördüm,
Görcәyin çağırdım: "Ya Murtuza Әli!"
Sidqnәn çağırsan, tez yetәr dada,
Dillәrdә söylәnir: "Ya Murtuza Әli!"
On bir oğlu var idi, bir anası,
Nur ilә doluydu onun әzası.
Mәğribdәn Mәşriqә gәzir sәdası,
Dillәrdә söylәnir: "Ya Murtuza Әli!"
Nurani dediyim – nuri mәrfәtdi,
Mәdinә dediyim – bizim tәrәfdi.
Qurbani der: Ağam әsli әrәbdi,
Ağalar ağası, ya Murtuza Әli!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət