Dərc edildi: Baxış sayı: 417
Aşıq Qurbani - Ya minəl-əta
Bir kimsәnә gәldi mәnim üstümә,
Yazılı şәninә: ya minәl-әta!
İmam ola, damad Әhmәdi-Mürsәl,
Doldurub camini eylәdi әta.
Tәrәhhüm eylәdi abi-kövsәrdәn,
Onunçün keçmişәm can ilә sәrdәn,
İstәdim mәtlәbim payi-Qәnbәrdәn,
Kәramәt eylәdi mәnә bir buta.
Eşq әlindәn namus, arım qalmadı,
Nә bir sәbrim, nә qәrarım qalmadı,
Qurbaniyәm, ixtiyarım qalmadı,
Dönmüşәm kamana, qәddimdi düta.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət