Dərc edildi: Baxış sayı: 469
Aşıq Qurbani - Şirvanlı Dostu ilə I deyişmə
I deyişmә
Ş i r v a n l ı D o s t u
Sәndәn xәbәr alım, Aşıq Qurbani,
O necә dәryadı – abi-zәmhәri?
Xitab oldu, әrşdәn, kürşdәn yerişdi,
O nәdir ki, bu dünyanın gövhәri?
Q u r b a n i
Al cavabın deyim, mәndә qalmasın,
Elm dәryasıdı – abi-zәmhәri.
Xitab oldu, әrşdәn, kürşdәn yerişdi,
Dörd kitabdı bu dünyanın gövhәri.
Ş i r v a n l ı D o s t u
O nәdir ki, olmaz onun çarası,
O nәdir ki, heç tutulmaz yarası?
O kim idi, uzaq düşdü arası,
Torpağına qatdılar müşk-әnbәri?
Q u r b a n i
O – ölümdü, olmaz onun çarası,
O – pis sözdü, heç tutulmaz yarası.
Şәddad idi, uzaq düşdü arası,
Qatdılar torpağına müşk-әnbәri.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət