Dərc edildi: Baxış sayı: 456
Aşıq Qurbani - Sevinsin
Ay ariflər, bu dünyanın üzündə
Təzəcə açılan güllər sevinsin!
Bir əyri çalmalı, xumar gözünün,
Zülfünü dağıdan yellər sevinsin!
Gəlsin bahar fəsli, açılsın yazlar,
Göllərə tökülsün ağ quba qazlar,
Bəyzadə oğlanlar, xanzada qızlar,
Yar ilə danışan dillər sevinsin!
Qurbaniyəm, mən sevərəm Narıncı,
Yar-yar deyib oldum axır zarmcı,
Almanı, heyvanı, narı, turuncu,
Bu dördünü dərən əllər sevinsin!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət