Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Qurbani - Selləni

Aşıq Qurbani - Selləni
Sakura

Aşıq Qurbani - Selləni

Gecə-gündüz, vaxtı-bivaxt ağlaram, 
Çeşmim yaşı Ceyhun olu, selləni.
Yaz mövsümü bülbül dil-dil ötəndə, 
Bağ-bağçalar nərgizləni, gülləni.

Qayıtmaq istəməz gözüm gözəldən, 
Qayğımı artırar dərdim təzəldən, 
Ellərdə qaydadı rui-əzəldən,
Gözəllərin şamaması əlləni.

Mərd odu ki, işin tuta mərdilən,
Ər istəsən, keç namərddən, ər dilən, 
Rəmz anlayan, söz düşünən, dərd bilən, 
Aləmlərdə şöhrətləni, bəlləni.

Könlüm tələb edib, axtara yarın,
Xalq içrə hifz elər namusun, arın,
Yar yarma gündə olsa məqarun,
Könülü şən olu, ruhu telləni.

Qurbaniyəm, dərd çəkmişəm nahanlar, 
Xəyalım sevməkdi sən tək cananlar, 
Yanaşsa üzünə müştaq dəhanlar,
Nəfəs dəyər, cığaları yelləni.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR