Dərc edildi: Baxış sayı: 465
Aşıq Qurbani - Sayalanıbdır
Nәzakәt vaxtında, xublar çağında,
Gördüm yar yanağı sayalanıbdır.
O qara saçların atıb gәrdәnә,
Әbrişim tellәri halqalanıbdır.
Tәrlan gәrәk cığaları әsdirә,
Ahu kimi dağı-daşı sәsliyә,
Altdan ağ geyinib, üstdәn silsilә,
Çarğatının ucu sırğalanıbdır.
Qurbaniyәm, dәrdim etdim hekayәt,
Dәrd әlindәn edim kimә şikayәt?
Bir dә etsәm o pәrini ziyarәt,
Bu can yar yolunda cәfalanıbdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət