Dərc edildi: Baxış sayı: 432
Aşıq Qurbani - Şah
Yer, göy yox ikәn bir nәzәr qıldın,
Әritdin gövhәri, dürr eylәdin, şah!
Yox yerdәn alәmi bәrqәrar etdin,
Cәmalın qәndildәn nur eylәdin, şah!
Gәtirdin kәlamı cümlә cahanә,
Qırxları göstәrdin әhli-ürfanә,
Peyğәmbәr xitabın gәtdin dәhanә,
Hәbibin söhbәtin şur eylәdin, şah!
Dirili Qurbanı götürdün indi,
Boynundadır mәhәbbәtin kәmәndi,
Dәrya üzündә oynadır sәmәndi,
Özün Cәbrailә pәr eylәdin, şah!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət