Dərc edildi: Baxış sayı: 390
Aşıq Qurbani - Rast gəldim
Pərinin bağmda seyran eylədim,
Almalı, alçalı yaza rast gəldim.
Almasm, heyvasın dərdim, düşürdüm,
Könül istədiyi naza rast gəldim.
Gözəllər gözəli, gözəllər xası,
Silindi, qalmadı könlümün pası,
Sinəni bənzətdim şonqor yuvası,
Oğlan libasında qıza rast gəldim.
Qurbaniyəm, görcək həzər eylədim,
Gözəlləri gördüm, nəzər eylədim,
Yeddisilə bağda güzar eylədim,
Hesabım yanıldı, yüzə rast gəldim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət