Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Qurbani - "Qurbani" dastanından qarı ilə qızın deyişməsi

Aşıq Qurbani - "Qurbani" dastanından qarı ilə qızın deyişməsi
Sakura

Aşıq Qurbani - "Qurbani" dastanından qarı ilə qızın deyişməsi

Q a r ı
Başına döndüyüm gülüzlü cavan,
Gәl alma qızımı – sarıdır, sarı!
Sәndәn ötrü bәslәmişәm bu canı,
Gәl alma qızımı – sarıdır, sarı!

Q ı z
Meymun nәfәsinә bәnzәr nәfәsi,
Tökülübdü әti, qalıb qәfәsi.
Xәstәyә dәrmandı qızın mәmәsi,
Gәl alma anamı – qarıdır, qarı!

Q a r ı
İşvә mәndә, qәmzә mәndә, naz mәndә,
Aşıq öldürmәyә şirin söz mәndә.
Öpmәk üçün buxaq mәndә, üz mәndә,
Gәl alma qızımı – sarıdır, sarı!

Q ı z
Qarılarda işvә, qәmzә, naz olmaz,
Bir gülünәn bahar olmaz, yaz olmaz.
Günü keçmiş qarı gәlib qız olmaz,
Gәl alma anamı – qarıdır, qarı!

Q a r ı
Mәhbanıyam, çox ixtilat qataram,
Gecә-gündüz işvә, qәmzә sataram.
Yar deyib qoynuma alıb yataram,
Gәl alma qızımı – sarıdır, sarı!

Q ı z
Әsmәrәm, özümü sana bildirrәm,
Ağladıban göz yaşını sildirrәm.
Küsülü olsan da, sәni dindirrәm,
Gәl alma anamı – qarıdır, qarı!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR