Dərc edildi: Baxış sayı: 140
Aşıq Qurbani - Qiyamәdәndir
Gah gedirәm, gah gәlirәm bu dama,
Yar, mәnim gәldiyim qiyamәdәndir.
Yolunu gözlәrәm sübhdәn şama,
Yar, mәnim gәldiyim qiyamәdәndir.
Hatәm bağçasında dumandı yolum,
Hәsrәtin çәkmәkdәn nazildi belim,
Bir sәrv ağacına söykәdim belim,
Yar, mәnim gәldiyim qiyamәdәndir.
Qurbani der: Yarım xasә, dil xasә,
Sәni gördüm, mәn dә gәldim hәvәsә,
Üzünü görmәsәm, bataram yasә,
Yar, mәnim gәldiyim qiyamәdәndir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət