Dərc edildi: Baxış sayı: 499
Aşıq Qurbani - Qal olur
Dedim: könül, sevmə xublar xubunu,
Onun hər muyunda yüz min qal olur.
Nagah səni dərdə giriftar eylər,
Qaşı fıtnə, qəmzəsində al olur.
Ulu divanlarda çəkilir adım,
Ərşə bülənd oldu dadü-fəryadım,
Başım üstə qanım içən cəlladım,
Sağ əlində əlif qəddim dal olur.
Camalı Yusifin-İbn Yaqubun,
Aləmə şəms olan hüsnü həbibin,
Ala gözlü, şirin sözlü məhbubun,
Zənəxdanı dürr şöləli xal olur.
Qəmər nə yandırıb, günəş nə yaxar,
Könlüm nə titrəşib ümmana axar,
Qurbani der: hər kim şaha kəc baxar,
Onun kəmalmda tez zaval olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət