Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Qurbani - Pərim

Aşıq Qurbani - Pərim
Sakura

Aşıq Qurbani - Pərim

1-ci variant

  
Özü xoşsifətli, adı xoşnişan,
Yeriyir qabaqca Mikayıl, Pərim!
Firiştə zülfləri tarimar olmuş,
Asılıb gərdəndən həmayıl, Pərim!

Qapına gəlmişəm, sayılam, sayıl,
Haqq verən paylara mən oldum qayıl,
Qızıl qıtmığından tökdür həmayıl,
Dünya olsun sana naqail, Pərim!

Qurbani qurbandı şahın dərinə,
Dərviş bilər, xirqə nədi, dəri nə?
Ağam qıya baxdı, atdı dərinə,
Yetmiş il bənd etdi Cəbrayıl, Pərim!

2-ci variant

Özün şah, aşikar adın hәqaiq,
Önüncә cilovdar Mikail, Pәrim!
Dua әfsunudu firiştә zülfün,
Cәmi bәlalardan tәfail, Pәrim!

Özün naseh, kәlamındı imamәt,
Sәcdә elәr ona gündә tәmamәt,
Әcәb növrәstәdi, xub qәddü qamәt,
Әcәb şәhla, әcәb şәmail, Pәrim!

O mәhrәm sirrinә әyyarlığım yox,
İqrarına, bil ki, inkarlığım yox,
Mәnim sәndәn qeyri, heç bir yarım yox,
Canü baş yoluna ha qail, Pәrim!

Qurbani qurbandı şahın dәrinә,
Dәrviş bilәr xirqә nәdi, dәri nә.
Ağam qıya baxdı, atdı dәrinә,
Yetmiş il bәnd etdi Cәbrail, Pәrim!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR