Dərc edildi: Baxış sayı: 423
Aşıq Qurbani - Pəri ilə deyişmə
P ә r i
Dәrdin alım, әsmәr oğlan,
Dur gәl qoynuma, qoynuma!
Yazıq canım sana qurban,
Dur gәl qoynuma, qoynuma!
Q u r b a n i
Ala gözlü nazlı Pәri!
Yox, Pәrim, gәlә bilmәrәm.
Sәnә qurban canü sәrim,
Yox, Pәrim, gәlә bilmәrәm!
P ә r i
Otağına qәdәm basdıq,
Qәsdim budu qatam dosduq.
Salım döşәk, qoyum yasdıq,
Dur gәl qoynuma, qoynuma!
Q u r b a n i
Nigar pәncәrәdәn baxar,
Üzüyün barmağa taxar,
Mәkr eylәr, evimiz yıxar,
Yox, Pәrim, gәlә bilmәrәm!
P ә r i
Mәn Pәriyәm, boyum bәstә,
Zülfüm dal gәrdәndә dәstә.
Yerin sallam sinәm üstә,
Dur gәl qoynuma, qoynuma!
Q u r b a n i
Özüm gördüm әrәnlәri,
Mәnә badә verәnlәri.
Qurbaninin nadan yarı,
Yox, Pәrim, gәlә bilmәrәm!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət