Dərc edildi: Baxış sayı: 387
Aşıq Qurbani - Ondan öldür
Başına döndüyüm, xanlarm xanı,
Könlümün mətləbin bil, ondan öldür!
Sən ol tanrı, mənə qəzəbnak olma,
Lütf elə, üzümə gül, ondan öldür!
Qəm əhliyəm, dindirməsən dinmərəm,
Eşq oduna alışmışam, sönmərəm,
Ta ölüncə dediyimdən dönmərəm,
Apar yar qoynuna sal, ondan öldür!
Qurbaniyəm, eşq əlindən büryanam,
Ta ölüncə mən o qıza qurbanam,
Qulluğunda gözü bağlı tərlanam,
Çalış, şikar bəndin al, ondan öldür!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət