Dərc edildi: Baxış sayı: 372
Aşıq Qurbani - O zalımdadı
Hicran sәnәtkarı, qәm tüccarıyam,
Dәrdimin dәrmanı o zalımdadı.
Tәrifin eylәrәm dәhan içindә,
Xalların dürrәsi1 camalındadı.
Ab-rizvan kimi yar yanına axarsan,
Keçәn aşiqlәri oda yaxarsan,
Silkinibәn ucalardan baxarsan,
Kәklik gülüşlәrin xәyalımdadı.
Aşiq dә mәşuqun yandırar yanı?
Münәvvәr zülflәrin boynum urğanı,
Qurbani der: Can cananın qurbanı,
Canan, ixtiyarım öz әlindәdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət