Dərc edildi: Baxış sayı: 421
Aşıq Qurbani - Nə sinə bağlar
Peykәr xanım xәlvәt etdi otağı,
Nә üzün daldalar, nә sinә bağlar
Әmim o dillәri, qaymaq dodağı,
Nә üzün daldalar, nә sinә bağlar.
Zәr nimtәnә geyib – qolları nazik,
Ağ qola yaraşır burma bilәrzik.
Aldılar yarımı, mәn oldum yazıq,
Nә üzün daldalar, nә sinә bağlar.
Doymaq olmur Qurbaninin sözündәn,
Әcәb işvәsindәn, әcәb nazından,
Bir gözәl törәyib әrәb qızından,
Nә üzün daldalar, nә sinә bağlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət