Dərc edildi: Baxış sayı: 426
Aşıq Qurbani - Məni candan eylədi
Pəncərədən hayıl-mayıl baxan yar,
Baxan dilbər məni candan eylədi.
Nuru dəydi, canım odlara yaxdı,
Yaxan dilbər məni candan eylədi.
İnnabı ləbləri yaqut və yəmən,
Məst olar, səst olar onlardan əmən
Açıldı düymələr görsəndi...
Yaxan, dilbər, məni candan eylədi.
Qorxum yoxdur sultanından, xanından,
At oxların gəlib keçsin canımdan,
Ağ əllərə Qurbaninin qanından,
Yaxan dilbər məni candan eylədi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət