Dərc edildi: Baxış sayı: 346
Aşıq Qurbani - Məni
Başına döndüyüm, ay pirü qoca,
Bir pəri salıbdı çöllərə məni,
Nə günüm gündüzdü, nə gecəm gecə,
Bir pəri salıbdı çöllərə məni.
Xəbər alsan, budu sözümün düzü,
Sızıldayır yaram, səpmə gəl duzu,
Cavad xan bacısı, Ziyad xan qızı,
O pəri salıbdı çöllərə məni.
Qurbaninin dərdi olub ziyada,
Allahı çağırram, yetişər dada,
Bir gözəl seçmişəm işıq dünyada,
O pəri salıbdı çöllərə məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət