Dərc edildi: Baxış sayı: 464
Aşıq Qurbani - İstərəm
Çoxdu cahan içrə nazənin dilbər,
Özümə münasib yarı istərəm.
Ola tərlan gözlü, həm yaşda uşaq,
Mənə ola etibarı istərəm!
Gözəllərin gərək incə belləri,
Şəkərdən, nabatdan şirin dilləri,
Qoynunda isinə nazik əlləri,
Məhəbbətin mənə sarı istərəm!
Evlər yıxan ola daneyi-xalı,
Bir dəm kəm olmaya məndən xəyalı,
Aya, günə bənzər ola camalı,
Həm də ola bənzi arı1 istərəm!
Ey sevdiyim, gəl kəs bu qalmaqalı,
Zail oldu aşığınm kamalı,
Vargəl elə düzəltginən sən halı,
Qurbani der: şux nigarı istərəm!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət