Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Qurbani - İndi

Aşıq Qurbani - İndi
Sakura

Aşıq Qurbani - İndi

Sən tərif etdiyin ol səmənd atın, 
Kəlləmənqo1 tutub yamandı indi. 
Nalı, mıxı düşüb, çox pis gündədi, 
Ayğıran bir ölü siçandı indi.

Arıx çıxıb qışdan, ayrılması yox, 
Noxtalanıb yerə çəkilməsi yox, 
Çoxdankı ölüdü, dirilməsi yox,
Bir dəri, bir sümük, palandı indi.

Qarğa, quzğun edib cəmdəyin para, 
Üç mildən qalıbdı dişlər ağara, 
Umsuq etdin məni, qoydun avara, 
Dedim: yəqin bir şir, aslandı indi.

Yaş gönün duzlayıb satmışam pula, 
Əvvəlki qaydada düşmüşəm yola, 
Dedim ki, dostluqda etibar ola, 
Qoymusan könlümü bicandı indi.

Nə bilim, belə də nəfs olur məgər, 
Düş yola, gəzginən hər şamü-səhər, 
Qurbani, sevdiyin atdısa əgər,
Söylə, at yerişli qurbandı indi!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR