Dərc edildi: Baxış sayı: 330
Aşıq Qurbani - İndi
"Ayn" "lam" içindә, "sin" arasında,
Yar mәnә göndәrdi bir cәviz indi.
Aylar, illәr hәsrәtini çәkdiyim,
Lütf eylә lәbimә bircә üz indi.
Gözәllәr yığılıb qıya baxanda,
Zülfü dal gәrdәndә qıya baxanda,
Nigar pәncәrәdәn qıya baxanda,
Ömrümün rişәsin bircә üz indi.
Gözәllәr oturmuş göz bulağında,
Sürmә tәk qovruldum göz bulağında,
Hicran dәryasında, göz bulağında,
Qurbani, çalxanıb bircә üz indi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət