Dərc edildi: Baxış sayı: 428
Aşıq Qurbani - Handadı
İbtida eylәyib girdim meydana,
Şagirdlәr ustadı görün handadı
Pünhani dәrdlәrim çoxdu canımda
Dürrü gövhәrlәrim hәlә kandadı.
Nazlı yar әlindәn mәn sinәdağam,
Sürәyya tәk yatmamışam, oyağam,
Şahindәn ayığam, qazdan sayığam,
Gözlәrim gözlәyir, sübhü dandadı.
Sana qurban olum, ya hәzrәt Әli,
O nә ki buyurub, demişәm «bәli!»
Yetim Qurbaninin fikri, xәyalı,
Axır ki, mәtlәbi Pәri xandadı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət