Dərc edildi: Baxış sayı: 415
Aşıq Qurbani - Gürcünün
Sallana-sallana üstümә vardı,
Sataşdı gözümә xalı gürcünün.
Apardı halımı, çәkdi huşumu,
Sataşdı gözümә xalı gürcünün.
Örtüb al yanağa qırmızı lala,
Boy sünbülә bәnzәr, qamәti dala1.
Bu biçarә aşiq qurbanız ola,
Üzükdәn keçәrdi beli gürcünün.
Qurbani der sizә: Ay gürcü qızlar,
Yerdәki çiçәklәr, göydә ulduzlar!
Yaralıyam, yaram hey yanar, sızlar,
Var olsun dünyada eli gürcünün!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət