Dərc edildi: Baxış sayı: 551
Aşıq Qurbani - Gülərmiş
Baxgilən fələyin ruzigarına,
Əyyam xoş keçəndə dövran gülərmiş.
Bəhrəli çağlarda, məhsul aymda,
Bağı bar verəndə bağban gülərmiş.
Bir baxtm yatıban bir ucalanda,
Tülək-tərlan olub, sar ov çalanda,
Məsəldi deyərlər: qurd qocalanda,
Tülkü meydan açıb, dovşan gülərmiş.
Qurbani, qəmlənmə, kərəm-kanı var,
Ədalət hakimin haqq divanı var,
Bu çərxi-fələyin nərdibanı var,
Yenən ağlayarmış, qalxan gülərmiş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət