Dərc edildi: Baxış sayı: 479
Aşıq Qurbani - Gül üzə
Məni görcək ürbənd çəkdi gül üzə,
Dara zülfün, qoy tökülsün gül üzə,
Qorxum budu xoryat bağdan gül üzə,
Kəsilə güllüyün mədarı, xanım!
Çox işlərə o, eyləyər iradə,
Fələk qoymaz mən yetişəm muradə,
Seyrəqib görməsin heç gün dünyadə,
Heç nəcat tapmasın əğyarı, xanım!
Maral xanım naqis işlər eyləyər,
Xəncər alıb ciyərimi teyləyər,
Qurbani bu yarsız bağı neyləyər?
Pozular ömrünün pərgarı, xanım!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət