Dərc edildi: Baxış sayı: 428
Aşıq Qurbani - Göründü
Xublar küçәsinә güzar eylәdim,
Muraz1 bağçasının barı göründü.
Әl uzatdım yarın yaxasın açam,
Gözümә Gürcüstan narı göründü.
Camalın oxşatdım ayinәn günә,
Gözlәrin kafәri gәtirәr dinә,
Sinәn bәyaz, dilbәr, o yaylaq sinә –
Gözümә Savalan qarı göründü.
Qaşların qaradı, kipriyin oxdu,
Gözlәrin taladı, İranı yıxdı,
Ay kimi parladı, gün kimi çıxdı,
Tifil Qurbaninin yarı göründü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət