Dərc edildi: Baxış sayı: 401
Aşıq Qurbani - Görmüşəm
Ay ata, can gedib, qalıbdı nәfәs,
Bu nişanda belә yarı görmüşәm.
Bunca ki gözәli tapmadı könül,
Ah çәkibәn intizarı görmüşәm.
Gözәllikdә kimsә yoxdu tәhrindә,
Onunçun çәkәrәm yarın qәhrin dә,
Nә İran, nә Turan, Gәncә şәhrindә
Canlar alan o nigarı görmüşәm.
Ay ata, sәn mәni etmә günahkar,
Bәsdi, bunca nә elәrsәn ahü zar?!
Qurbani der: Әldәn gedib ixtiyar,
Xublar şahı o sәrdarı görmüşәm
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət