Dərc edildi: Baxış sayı: 440
Aşıq Qurbani - Göndər
Namә yazdım, yar yanına yolladım,
Darçından, mixәkdәn, hil mana göndәr.
Bahar olsa bağçanızda o güllәr,
Dәrginәn bir dәstә gül mana göndәr.
Yolların rәvandı, azan olmasa,
Seyrağıb dağını qazan olmasa,
Qәlәm tutub kağız yazan olmasa,
Birlәşib şәkәrlә dil mana göndәr.
Qurbani dә әsilliyin itirmәz,
Ağlamaqnan haq dilәyin bitirmәz,
Dәrdim çoxdu, nәr-mayәlәr götürmәz,
Kәrgәdan olmasa, fil mana göndәr.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət