Dərc edildi: Baxış sayı: 429
Aşıq Qurbani - Gətiri
Başma döndüyüm vəfalı dilbər,
İrəngin dağlardan lala gətiri.
Qaşların ləl olsa, yoxdu qiyməti,
Gözlərin başma bala1 gətiri.
Məclisində şirin-şirin danışı,
O tərlan duruşu, qıya baxışı,
O sərxoş yerişi, o sallanışı,
Kafir olsa, yenə yola gətiri.
Mən qurbanam ala gözün məstinə,
Nə qıyıbsan şirin canın qəsdinə,
Sallana-sallana gəlsən üstünə,
Yazıq Qurbanini hala gətiri.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət