Dərc edildi: Baxış sayı: 430
Aşıq Qurbani - Əsər indi
Səhər-səhər bir gözələ uğradım,
Ondan dəydi mənə ay əsər indi.
Ağlım zail oldu, halım digərcun,
Nə ki var əndamım ay əsər indi!
Bahar olcaq dağlar aylalalandı,
Bulud zülf üzünə ağ lalalandı,
Biznən mey içənlər ay lal alandı,
Tökülüb sərinə ay əsər indi!
Örtübdü başına şal qəza işin,
Qoymayun danlaya el qaza işin,
Qurbani der: get-gör ol qəza işin,
Tərlan avın almış, ayə sar indi!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət