Dərc edildi: Baxış sayı: 388
Aşıq Qurbani - Dolanım
Qarı nәnә, sәn bir arıx dәvәsәn,
Qanqal gәrәk, xırda-xırda gәvә sәn.
Qız deyilsәn cahıl oğlan sevәsәn,
Qarı nәnә, imanuva dolanım!
Pambıqdan da ağdı sәnin ağ başın,
Altmışdan artıqdır, bilginәn yaşın,
Qalmayıb dәhanda tәk bircә dişin,
Qarı nәnә, dәhanuva dolanım!
Qurbani der: Bu sözlәrim yazılar,
Tezlik ilә sәnә qәbir qazılar;
Mәnim könlüm bir Pәrini arzular,
Qarı nәnә, kamaluva dolanım!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət