Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Qurbani - Deyərsən

Aşıq Qurbani - Deyərsən
Sakura

Aşıq Qurbani - Deyərsən

1-ci variant

 
Şahi-xuban, mənim ərzi-halımı, 
Əlbət, əlbət nazlı yara deyərsən! 
Xəstə düşdüm, qaldım onun kuyində 
Üzü dönmüş sitəmkara deyərsən!

Səni o, görcəyin əlbət, dindiri,
Aşiq məşuqunu oda yandırı,
Dərdim anbar-anbar, dərmanım Pəri, 
Mən qalmışam nə avara, deyərsən!

Qazanmadıq bu dünyanm malını, 
Geyinmədik yaşılım, alını,
Dirli Qurbaninin ərzi-halını, 
Yalvara-yalvara yara deyərsən!

2-ci variant

Qasid, gedәr olsan yarın yanına,
Mәnim әrzi-halım yara deyәrsәn.
Әgәr xәbәr alsa yar әhvalımı,
Könlüm şikәst, günüm qara deyәrsәn.

Getsәn, ölkәsindә bir zaman yuban,
Görsә, xәbәr alar o şirinzәban,
Sәn olasan sәni şahi-Xorasan,
Mәn qalmışam nә avara, deyәrsәn.

Gedәrsәn Pәrinin xaki-rahına,
Könül sәcdә qılır hәq dәrgahına,
Qәsrindәn çıxanda seyrәngahına
Yar yanınnan vara-vara deyәrsәn.

Aralıqdan haq götürsün xayını,
Xain olan haqdan almaz payını,
Tifil Qurbaninin әrzi-halını
Yalvara-yalvara yara deyәrsәn.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR