Aşıq Qurbani - Dədə Yediyarla III deyişmə
III deyişmә
D ә d ә Y e d i y a r
Mәndәn salam olsun cavan aşığa!
Alnımızda yazı nә irәng idi?
Yazdıran kim idi, yazan kim idi,
Әlindә qәlәmi nә irәng idi?
Q u r b a n i
Al cavabın verim, Dәdә Yediyar!
Alnımızda yazı al irәng idi.
Yazdıran Allahdı, yazan ol әmir,
Әlindә qәlәmi al irәng idi.
D ә d ә Y e d i y a r
Nә günü yapıldı Kәbәnin daşı?
Neçә min il yoldu dünyanın başı?
Yer altdakı göy mahinin göz yaşı,
Sәrindә tüklәri nә irәng idi?
Q u r b a n i
Çәrşәnbә günü yapıldı Kәbәnin daşı,
Yetmiş min il yoldu dünyanın başı.
Yer altdakı göy mahinin göz yaşı,
Sәrindә tüklәri ağ irәng idi.
D ә d ә Y e d i y a r
Ustaddan dәrs alan heç olmaz naşı,
Әzәlcә meydana kim gәldi qarşı?
Әrşdәki xoruzun neçәdir yaşı,
Sәrindә cıqqası nә irәng idi?
Q u r b a n i
Qurbani meydanda heç olmaz naşı,
Әmir Әntәr gәldi meydana qarşı.
Sәksәn min il idi xoruzun yaşı,
Başında cıqqası al irәng idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət