Dərc edildi: Baxış sayı: 714
Aşıq Qurbani - Bu qızın
Lәblәr mirvaridi, incidi dәndan,
Al yanağı әlvan lala bu qızın.
Gözüm düşcәk könlüm pәrvaz eylәyәr,
Zәnәxdanda qoşa xala bu qızın.
Әlinә götürüb bir dolu badә,
Nola mәni yetirәydi muradә,
Yolunda qoymuşam bәdәndәn cadә,
Gәlmir payәndazı yola bu qızın.
Mәnim sevdiyimin bir ismi Nigar,
Canım fәrağında, gözüm intizar.
Dirili Qurbani alәm-aşikar
İstәyir kuyindә qala bu qızın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət