Dərc edildi: Baxış sayı: 443
Aşıq Qurbani - Bir də yaz
Gecә-gündüz bulud keçir havalar,
Belә getmәz, әlbәt, gәli bir dә yaz.
Oxuyar bülbüllәr muğam, havalar,
Sızıldaşır yaram, aman, bir dә yaz.
Bulud olan qalxar havada gәzәr,
Aşiq olan yarın bağrını әzәr,
Qәvvas olan girәr dәrindә üzәr,
Bir dәrin var, bir dәrgә var, bir dayaz.
Qurbani gül dәstә bağlar oxuna,
Sinәm buta yarın müjgan oxuna,
Bir namә yaz, hәr divanda oxuna,
Görәn desin, var әllәrin, bir dә yaz!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət