Dərc edildi: Baxış sayı: 415
Aşıq Qurbani - Bir dala
Әlif qәddin, bey qamәtin, sey saçın,
Necә bәnzәr hәrf içindә bir dala!
Hәr muyuva min gövhәrdi tay saçın,
Qәvvas olan yek dәryada bir dala!
Qәvvas olan dәryalara dalıbdı,
Sәrraf lәli qiymәtindә alıbdı.
Çün bülbülü ara yerdә görübdü,
Zağı görüb, dolanıbdı bir dala.
Süsәnmisәn, sünbülmüsәn, yara, sәn!
Tiği alıb bağrım başın yarasan.
Qurbani der: Canı verdin yara sәn,
Haçaq olur, biz dә verәk bir dala!?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət